AZ

"Jurnalistin əlindən tutdular ki, Simonyan onu vursun ya da tüpürsün"

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Milli Məclisdəki davranışları erməni mediasının gündəminə düşüb.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, erməni KİV Simonyanla "MediaHub"un jurnalisti Vahe Makaryan arasında səs-küylü insident yaşandığını yazıb.

"Mübahisə zamanı parlamentdə bir-biriini təhqir etdilər. Vəziyyət o qədər qızışdı ki, Simonyanın mühafizəçiləri jurnalist Vahe Makaryanın əlindən tutdular ki, Alen onu vursun və ya tüpürsün. Lakin Alen Simonyan tüpürmədi, hətta vurmadı, sadəcə qışqırdı və küçə söyüşü söydü", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin iclasında xarici işlər naziri Ararat Mirzoyan da jurnalistlə insident yaşayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
80
32
milli.az

10Mənbələr