Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) COP29-a hazırlıqçərçivəsində noyabrın 2-də Bakı şəhəri üzrə dəmir yolunun təhkimzolaqlarında kütləvi iməcilik aksiyası keçirib.
ADY-dən Trend-əbildirilib ki, Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəristansiyaları üzrə təşkil olunmuş iməcilikdə ADY-nin strukturbölmələri və törəmə təşkilatlarının əməkdaşları iştirak ediblər.Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılarərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq və ağaclarındiblərinin yumşaldılması kimi işləri yerinə yetirib, dəmiryolxətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradanməişət tullantılarını təmizləyiblər.
Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsinə münasibətidəyişmək, ekoloji problemlərə diqqət çəkmək və təbiəti qorumağınvacibliyini vurğulamaqdır.
Toplanmış tullantı aidiyyəti üzrə təhvil verilib.