"Apple" məhsulları yaxşı texnikadır, lakin Amerika korporasiyası ABŞ-nin xüsusi xidmət orqanlarına kömək edir.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev RT-yə müsahibəsində bildirib.
“Bir şeyi başa düşmək lazımdır ki, "Apple" öz ölkəsinə xidmət edir. Öz ölkəsi üçün pul qazanır və xüsusi xidmət orqanlarına kömək edir”, – deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) 2023-cü ilin iyun ayında "Apple" şirkətini yerli vətəndaşları və Rusiya diplomatlarına casusluqda ittiham edib. Xüsusi xidmət orqanı belə nəticəyə gəlib ki, "Apple" ABŞ-nin kəşfiyyat strukturları, xüsusilə Milli Təhlükəsizlik Agentliyi ilə sıx əməkdaşlıq edir.