AZ

Moldova MSK: Prezident seçkilərinin ikinci turu baş tutmuş sayılıb

Moldovada prezident seçkilərinin ikinci turu rəsmi olaraq baş tutmuş sayılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Komissiya səsvermə haqqında məlumatları real vaxtda yeniləyib. Rəsmi portalda bildirilib ki, seçici iştirak səviyyəsi 20 faizi keçib (20,6 faiz). 580 mindən çox seçici səs verib, xaricdə isə təxminən 65 min vətəndaş səsvermədə iştirak edib.

Bu miqdar seçkilərin baş tutması üçün kifayət qədərdir. Hazırda əlavə təfərrüatlar açıqlanmayıb, heç bir namizədin liderliyi barədə də məlumat yoxdur.

Seçilən
36
32
iqtisadiyyat.az

10Mənbələr