AZ

8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsidir



ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin riyakarlığı Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük növbəti Qarabağ müharibəsini qaçılmaz etdi. Bu tarixi həqiqətdir və biz ədaləti öz gücümüzlə bərpa etdik. Bu da bir həqiqətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənib. Ermənilər uzun zaman idi ki, “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideya ilə yaşayırdılar. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın bütün arzularını darmadağın etdi. Erməni hiyləsi baş tutmadı, bütün planlar alt-üst oldu. Azərbaycan bu müharibədə ermənilərə öz gücünü göstərdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 2020-ci ilin 27 sentyabrında bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Ermənistan ordusu bu müharibədə iflic vəziyyətinə düşdü. Dünya Ermənistan ordusunun nə qədər zəif olduğunu, erməni xalqının isə döyüşkən olmadığını gördü. Çünki bu müharibədə erməni xalqı döyüşmədi. Ermənistan xüsusi pullı döyüşçüləri müharibəyə cəlb etmişdir. Amma onlar da Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədilər. Bununla Ermənistanın həm də regionda imici daha da düşdü. Yəni, bir daha göründük ki, Ermənistanın nə özünün güclü ordusu var, nə özünün bir vətənpərvər xalqı var. Bu gün biz bir daha müşahidə etdik ki, Ermənistanda heç bir milli ideoloji xətti yoxdur: xalqla dövlət arasında çox böyük siyasi uçurum var. Erməni ideoloqlarının belə, apardığı təbliğatın da sıfır nəticə olduğunu gördük. Çünki erməni ideoloqları yalnız saxtakarlığı, şovnimzi təbliğ edir. Yalan, böhtan üzərindən apardıqları siyasətləri onlara hər hansı fayda vermədi. Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etd. Artıq Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini təmin edib. Biz 4 ildir 44 Gündə Qazanılan Zəfərin Qürurunu yaşayırıq. Azərbaycan dövləti torpaqlarımızın azadlığı uğrunda, haqq savaşında geri çəkilmədi. Baş Komandanın rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından artıq dörd il ötür. Bütün bunlar ordumuzun vətənpərvərliyini, mübarizliyini və qəhrəmanlığını göstərdi və ən fərəh doğuran anlardır. Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazdı. Bu gün əminliklə demək olar ki, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da inkişaf edərək müstəqil dövlət kimi yaşayacaq və torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı qələbə, Zəfər Günü tariximizdə əbədi qalacaqdır. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq. Qeyd etmək lazımdır ki, 8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. 2020-ci il tariximizin ən şərəfli dövrlərindən biri kimi daim xatırlanacaq. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etdi. 44 gün davam edən  hərbi əməliyyatlar zamanı müasir və güclü Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan və qan tökülmədən Azərbaycana qaytarıldı. Məhz, yaşanan misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə  artıq dördüncü ildir ki dövlət başçısı cənab İlham Əliyevin qərarına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü təntənəli şəkildə qeyd edilir. 2020-ci ilin 8 noyabr tarixi Şuşanın azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər Günü kimi yadda qaldı. 44 günlük haqq savaşımız, Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Dünyanın hər yerində yaşayan Azərbaycanlılar, bu qələbəni, Zəfər Gününü xüsusi qeyd edirlər.


David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri




Seçilən
33
1
aia.az

10Mənbələr