AZ

Bütün cəhdlərə, təxribatlara baxmayaraq Azərbaycan COP29-u uğurla həyata keçirəcək




"Bütün cəhdlərə, təxribatlara baxmayaraq Azərbaycan COP29-u uğurla həyata keçirəcək".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycanın bu kimi qlobal əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etməsi üçün böyük təcrübəsi var və zaman-zaman bunu sübuta yetirib:

"Yaxın tariximizdə İslam Həmrəylik Oyunları, Birinci Avropa Oyunları, Evrovision musiqi yarışması kimi beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edib həmin tədbirləri uğurla həyata keçirmişik. Eləcə də COP29 sammitini eyni qaydada keçirərək bir daha nəyə qadir olduğumuzu təsdiqləyəcəyik".

İlham Məmmədov deyib ki, Azərbaycan COP29-u keçirməyə tam hazırdır və bu məqsədlə yaradılmış Təşkilat Komitəsi tədbirə hazırlıq prosesini uğurla həyata keçirib".

İlham Məmmədov onu da qeyd edib ki, ölkəmizdə keçirilən belə bir qlobal əhəmiyyətli tədbirə kölgə salmaq, bu ərəfədə Azərbaycanın nüfuzuna zərbə vurmaq cəhdləri də alınmayacaq:

"Yuxarıda qeyd etdiyim tədbirlər ərəfəsində də Qərbdən, Avropanın bəzi ölkələrindən Azərbaycana qarşı təxribat xarakterli addımlar atıldı, ölkəmizin nüfuzuna xələl gətirməyə cəhdlər oldu. Ancaq bütün bunlar, anti-Azərbaycan kampaniyası son anda iflasa uğradı. Azərbaycan öz iradəsi, gücü ilə bu kimi təxribatların qarşısını ala bildi. Bu dəfə də fərqli heç nə olmayacaq və erməni lobbisinin maraqlarına xidmət edən həmin dairədənn anti-Azərbaycan fəaliyyəti nəticə verməyəcək və COP29-u ən yüksək səviyyədə təşkil edəcəyik".

Süleyman İsmayilbəyli
Seçilən
57
1
newscenter.az

2Mənbələr