AZ

Yaponiya "H3" hərbi rabitə peykini orbitə buraxdı

Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) “H3” adlı ağır daşıyıcı hərbi raketini orbitə çıxarıb.

Teleqraf.com TASS-a istindla xəbər verir ki, kosmik avadanlıq ölkənin cənub-qərbindəki Taneqaşima Peyk Başlatma Mərkəzindən səmaya buraxılıb.

Ölkənin müdafiə nazirliyinə məxsus peykinin orbitə çıxarılması əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə dəfə təxirə salınmışdı.

Məlumat üçün qeyd edək ki,“H3” Yaponiyanın ən böyük maye yanacaq daşıyıcısıdır. Onun uzunluğu 63 metr, diametri 5,2 metr, yükgötürmə qabiliyyəti 4-6,5 tona qədərdir.Hazırlanmasına 2013-cü ildə başlanılan yeni raketin bəzi hissələrinin yaradılması üçün “3D” printerlərdən istifadə edilib ki, bu da onun istehsalının maya dəyərini aşağı salıb. "H3"JAXA-nın sifarişinə əsasən, “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən hazırlanıb. BugünədəkYaponiya raketlərin kosmosa çıxarılması üçün "H-2A" və “Epsilon” daşıyıcılarından istifadə edirdi.


Müəllif: Teleqraf.com
Seçilən
59
3
teleqraf.com

4Mənbələr