Noyabrın 2-də Uqandanın şimalındakı qaçqın düşərgəsində ildırım düşməsi nəticəsində əksəriyyəti uşaq olmaqla 14 nəfər həlak olub.
Editor.az bildirir ki, bu barədə X-a Uqanda polisindən məlumat verilib. Qeyd olunur ki, hadisə Lamvo rayonundakı Palabek düşərgəsində baş verib. Yağış zamanı mərasimin keçirildiyi kilsəyə ildırım düşüb.
Daha 34 nəfər xəsarət alıb.
CNN-in qeyd etdiyi kimi, Palabek düşərgəsində əsasən Cənubi Sudandan olan 80 minə yaxın qaçqın var.
//Samir Qurbanov, Editor.az