Bakı. Trend:
Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla görüşkeçirilib.
Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, görüş Azərbaycanın Dövlət Himnininsəsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçənVətən oğullarının əziz xatirəsinin yad olunması ilə başlayıb.
Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi buölkədəki Azərbaycan icmasının, eləcə də rəhbərlik olduğu “Vətən”Cəmiyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib, görülənişlər barədə videomaterialı iştirakçılara təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdəölkəmizin diaspor siyasətindən danışıb, xaricdə yaşayan hər birazərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb.Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri,Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilənçoxsaylı layihələr barədə geniş təqdimat keçirilib.
Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakısəfirliyinin birinci katibi Əsgər Nağıyev çıxışında icma görüşünündiasporun şəbəkələşməsində və Azərbaycanla əlaqələrin daha daintensivləşməsində əhəmiyyətini qeyd edib.
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru,Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni AraşdırmaBirliyinin direktoru prof. dr. Məsud Aşina Danimarkasoydaşlarımızın Azərbaycanın beynəlxalq aləmdə imicininformalaşmasında və mənafelərinin müdafiə olunmasında roluna diqqətçəkib. Görüşdə Türkiyənin Danimarkadakı səfirliyinin baş katibiÖzgür Kafadar iştirak edib.
İcma üzvləri Danimarkada ilk dəfə geniş tərkibdə belə görüşünkeçirilməsini, müxtəlif istiqamətlərdə fikir mübadiləsininaparılmasını yüksək qiymətləndirib, bundan sonra da diasporsiyasətinə öz töhfələrini verəcəklərini dilə gətiriblər. SondaSkandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısıkeçirilib və Məsud Aşina Skandinaviya Azərbaycanlıları KoordinasiyaŞurasının Danimarka üzrə koordinatoru seçilib.
İcma görüşü Danimarka-Azərbaycan Vətən Cəmiyyəti İdarə Heyətininsədr müavini Amid Hüseynov və cəmiyyətin üzvü Leyla Qasımovanınmoderatorluğu ilə baş tutub.
Qeyd edək ki, Prezident İlham Əliyevin xaricdə fəaliyyətgöstərən Azərbaycan icmalarına, soydaşlarımıza daim diqqət və qayğıgöstərilməsi siyasətinə uyğun olaraq Diasporla İş üzrə DövlətKomitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemlişəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif vəproblemlərini dinləyir, dünya azərbaycanlılarının vahid şəbəkəsininyaradılması istiqamətində zəruri addımlar atır.