"Onlar (Avropa İttifaqı və ABŞ nəzərdə tutulur - red.) tənqidlərini dayandırsalar, bizim tərəfdən də heç bir reaksiya olmayacaq".
Bizim.Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ və ABŞ-ın tənqidlərinə münasibət bildirərkən deyib.
"Biz heç nəyə başlamamışıq. Hər bir tənqidin öz reaksiyası var. Bu tənqidlərin müəllifləri bəzi avropalı siyasətçilərdir. Onlar aydın olmayan siyasi məqsədlərinin əvəzinə Avropa dəyərlərinə söykənsələr, o zaman normal münasibətlərimiz yaranacaq", deyə o, qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta