Uqandada qaçqın düşərgəsini ildırım vurması nəticəsində 13-ü uşaq olmaqla 14 nəfər ölüb.
News24.az xarici mediaya istinadən xəbər verir ki, əsasən Cənubi Sudandan olan qaçqınların olduğu Palabek qaçqınlar düşərgəsində kilsənin damına ildırım düşüb.
Rəsmilər ildırım vurması nəticəsində 13-ü uşaq olmaqla 14 nəfərin öldüyünü, 34 nəfərin isə yaralandığını bildirib.
Aynurə