Azərbaycanda kredit bazarının son vaxtlar aktiv iştirakçılarından biri də BOKT-lardır.
BOKT-ların müqayisəsi: Kim güclüdür - «TBC Kredit BOKT», yoxsa «Kəpəz BOKT»? - RƏQƏMLƏR
FED.az xatırladır ki, kredit portfeli hələlik banklardan qat-qat aşağı olsa da, BOKT-lar getdikcə maliyyə sektorundakı boşluqları doldurmaqdadırlar.
Xatırladaq ki, 2024-cü ilin sentyabrın sonuna BOKT-ların ümumi kredit portfeli 745 milyon manat təşkil edir. Müqayisə üçün bildirək ki, həmin tarixə bankların ümumi kredit portfeli 26,7 milyard manatdır və bu BOKT-ların kreditlərindən 35 dəfə artıqdır.
Bununla yanaşı, BOKT-ların kreitləri daha sürətlə artır. Belə ki, son bir ildə qeyri-bank təşkilatlarının kreditlərində 196 milyon manat və ya 36% artım baş verib.
FED.az xəbər verir ki, BOKT-ların bəziləri ayrı-ayrı sahələr üzrə ixtisaslaşıb, bununla yanaşı, təşkilatların təqribən yarısı müxtəlif ehtiyaclar üçün nağd kreditlər ayırırlar.
Ümumilikdə, BOKT-ların faiz dərəcələri və kredit şərtlərinə görə aylıq kredit ödənişləri də dəyişir. Bu fərqlər kredit götürərkən diqqət yetirilməli əsas amillərdən biridir, çünki aylıq ödəniş məbləği yalnız aylıq büdcəni deyil, həm də ümumi kredit məbləğinin nə qədər olacağını müəyyənləşdirir.
FED.az ölkədəki BOKT-ların kredit şərtlərini müqayisə etmək üçün 5000 manat məbləğində kreditin 18 aylıq müddət üçün ödənilməsi zamanı BOKT-ların aylıq ödəniş məbləğlərini müqayisə edib.
Araşdırma göstərir ki, BOKT-larda bu müddət üçün kreditlərin illik faiz dərəcəsi 17,5%-dən 35%-dək dəyişir. Bu fərq özünü aylıq ödənişlərdə də göstərir. Belə ki, 18 aylıq müddətə ayrılan 5000 manat kreditə görə, aylıq ödənişlər 318 manatdan 363 manatadək fərqlənir.
Ən yüksək aylıq ödəniş təklif edən BOKT-lar arasında "BOKT İnternational", BOKT "AzFinans", “NAS PROJECT BOKT" və “Caspian Finance BOKT” irəlidədir. İllik 34-36% faiz dərəcəsi ilə bu BOKT-ların aylıq ödənişləri də 360 manat ətrafındadır.
Müqayisə üçün bildirək ki, eyni kredit məbləği və müddət üçün 10 BOKT-da aylıq ödəniş 330 manatdan, 4 BOKT-da isə 320 manatdan aşağıdır.
BOKT-lar arasında aylıq ödənişlərin belə geniş diapazonda dəyişməsi bazarda rəqabəti artırır və hər kəsə uyğun fərqli seçimlər təqdim edir. Kredit götürmək istəyənlər, öz maliyyə vəziyyətlərini və ödəniş qabiliyyətlərini nəzərə alaraq, bu ödənişlərə uyğun seçim etməlidirlər.
Daha detallı aşağıdakı cədvəldə:
S/n | BOKT-lar | 5000 manat kreditə görə aylıq ödəniş | Kredit faizi (illik) | Komissiya | |
1 | BOKT “İnternational” ASC | 363,54 AZN | 36,0% | Yoxdur | |
2 | BOKT "AzFinans" MMC | 360,99 AZN | 35,0% | 5% | |
3 | “NAS PROJECT BOKT" ASC | 358,44 AZN | 34,0% | 2,5% | |
4 | “Caspian Finance BOKT” MMC | 358,44 AZN | 34,0% | yoxdur | |
5 | “Azmikroinvest BOKT” MMC | 350,86 AZN | 31,0% | 5% | |
6 | MM “Finca Azerbaijan” QBKT | 350,86 AZN | 31,0% | Yoxdur | |
7 | “Brand Credit BOKT” MMC | 350,00 AZN | 30,7% | 2% | |
8 | "FinEx Kredit" BOKT ASC | 348,35 AZN | 30,0% | 1-3% | |
9 | “PREMİER KREDİT BOKT” MMC | 345,85 AZN | 29,0% | 2% | |
10 | BOKT “Qafqaz- Kredit” MMC | 345,85 AZN | 29,0% | yoxdur | |
11 | BOKT “İnkişaf üçün Maliyyə” MMC | 343,86 AZN | 28,2% | 2-3% | |
12 | “İcraçı Kredit Agentliyi” MMC BOKT | 343,36 AZN | 28,0% | 2% | |
13 | “Azərbaycan Mikro-Kredit BOKT” ASC | 342,37 AZN | 27,6% | 3-5% | |
14 | BOKT “EMBAFİNANS” QSC | 340,89 AZN | 27,0% | 7%-dək | |
15 | “M Bulak BOKT” MMC | 338,42 AZN | 26,0% | 3% | |
16 | “TCF” BOKT ASC | 335,96 AZN | 25,0% | 1% | |
17 | BOKT "KREDEX" QSC | 333,51 AZN | 24,0% | 1,5% | |
18 | “FİNOKO” BOKT ASC | 333,51 AZN | 24,0% | 2% | |
19 | “REGİONAL” BOKT MMC | 333,51 AZN | 24,0% | 1% | |
20 | ”KredAqro” BOKT MMC | 331,07 AZN | 23,0% | 1% | |
21 | BOKT "Falcon Finance" MMC | 328,64 AZN | 22,0% | 1-5% | |
22 | BOKT “İDEAL KREDİT” MMC | 328,64 AZN | 22,0% | Yoxdur | |
23 | “TBC Kredit BOKT” MMC | 326,06 AZN | 20,93% | 1.5% | |
24 | “AZİNVESTKREDİT BOKT” MMC | 325,02 AZN | 20,5% | 4-5% | |
25 | “Prior Credit BOKT” ASC | 319,03 AZN | 18-21% | 1% | |
26 | BOKT “AZKREDİT” ASC | 319,03 AZN | 18,0% | 2,8% | |
27 | BOKT “Caspian İnvest” MMC | 319,03 AZN | 18,0% | 1% | |
28 | “FinTrend” BOKT MMC | 317,84 AZN | 17,5% | 1% |