AZ

“Dinamo” Mahiri pulsuz buraxdı, indi Almaniyada qarşısıalınmazdır”

Xorvatiyanın “İndex” nəşri “Nürnberq”də (Almaniya) ardıcıl qollar vuran Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda yazı hazırlayıb.

QOL.az xəbər verir ki, xorvatlar Zaqreb “Dinamo”sunun sabiq üzvünün hazırda “Nürnberq”də fantastik oynadığını yazıb:

“O, 2-ci Bundesliqanın 11-ci turunda “Hamburq”la səfər matçında (1:1) “Nürnberq”in bərabərlik qolunu vurub. Bu, Emrelinin qol vurduğu ardıcıl dördüncü oyundur. “Dinamo”nun keçmiş hücumçusu Almaniyada fantastik formada oynayır”.

Yazıya “Dinamo” onu siyahıdan silib, pulsuz buraxdı. O, indi Almaniyada qarşısıalınmazdır” başlığı verilib. Qeyd olunub ki, “Dinamo” bu yay Emreli ilə müqaviləyə xitam verdiyi üçün o, avqustda azad agent kimi Almaniyaya yollanıb. Həmçinin, “Dinamo”nun maaşı yüksək olan bəzi futbolçulardan yaxa qurtarmaq istədiyi üçün Mahiri komandadan kənarlaşdırdığı qeyd olunub: “Emreli “Dinamo”ya 2022-ci ilin fevralında “Legiya”dan azad agent kimi gəlib. O, mövsüm üçün 750.000 avro maaşla 4 illik müqavilə imzaladı ki, bu da futbolçunu komandada ən yüksək maaş alanlardan birinə çevirdi. Mahir “Dinamo”nun heyətində 47 oyun keçirib və 10 qol vurub, 5 məhsuldar ötürmə edib. “Nürnberq”də isə bütün yarışlarda yeddi oyunda dörd qol vurub”.

Xatırladaq ki, 2022-2024-cü illərdə “Dinamo”da çıxış etmiş Mahir Emreli bu ilin avqustundan “Nürnberq”də oynayır. O, ardıcıl 4 oyundur ki, qol vurur.

Seçilən
24
9
medianews.az

10Mənbələr