AZ

"Yunayted" 38 ildən sonra Premyer Liqada ən zəif göstəriciyə imza atıb

“Mançester Yunayted” komandası 1986-1987-ci illər mövsümündən sonra ilk dəfə İngiltərə Premyer Liqasında ən zəif göstəriciyə imza atıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən gün “Çelsi” ilə keçirilmiş matça (1:1) təsadüf edib. Mövsümün ilk 10 turunda 12 xal toplayan komanda 38 ildən sonra yerli çempionatda ən zəif çıxışını təkrarlayıb.

“Qırmızı şeytanlar” hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, artıq “Mançester Yunayted”ə yeni baş məşqçi təyin olunub. Portuqaliyalı mütəxəssis Ruben Amorim noyabrın 11-dən etibarən komandaya rəhbərlik edəcək.

Seçilən
86
50
unikal.az

10Mənbələr