AZ

KOBİA: ESG üzrə Milli Standartı tətbiq edən şirkətlər daha ucuz kredit ala bilər

Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Milli Standartı tətbiq edən Azərbaycan şirkətləri daha aşağı faizlə kreditlər ala bilər.

Bunu "Far.Az"un sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin I müavini Natiq Həsənov bildirib.

"Eyni profil üzrə fəaliyyət göstərən şirkətlər banka kredit üzrə müraciət edəcəksə, ESG üzrə Milli Standartı tətbiq edən şirkətin daha aşağı faizlə kredit alacağını gözləyirik. Bu, standartı tətbiq edən şirkətlərin maliyyə dayanıqlılığı üçün dəstək mexanizmidir. KOBİA isə bu standartı tətbiq edəcək şirkətlərə dəstək mexanizminin yaradılmasını nəzərdən keçirə bilər. Lakin bizim ən önəmli fəaliyyət istiqaməti bu standartla bağlı məlumatları geniş kütləyə, biznes subyektlərinə çatdırmaqdır. Əlbəttə ki, maarifləndirməyə də xüsusi diqqət verəcəyik ki, bunu da dolayı yolla dəstək kimi qəbul etmək olar" - o qeyd edib.

Seçilən
24
3
far.az

4Mənbələr