Almaniya prokurorluğu rusiyalı oliqarx və Putinin dostu Əlişir Usmanova qarşı çirkli pulların yuyulması ilə bağlı istintaqı dayandırıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, iki il yarımdan çox davam edən istintaq özbək əsilli milyarderə qarşı əsas ittihamları, o cümlədən çirkli pulların yuyulması ittihamını sübuta yetirə bilməyib.
Vəkilləri prokurorluğun qərarını Usmanovun “reputasiyasının qorunması” istiqamətində mühüm addım adlandırıblar.
“Bloomberg Billionaires Index”-ə görə 14,4 milyard dollar sərvəti olan Usmanov bu pulları mədənçilik, istehsalat, telekommunikasiya və media sahələrində qazanıb.
“AzPolitika.info”