AZ

Bayden Sandunu belə təbrik etdi

ABŞ lideri Co Bayden Maya Sandunu yenidən Moldova Prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev ABŞ liderinin həmin bəyanatını yayıb.

“Bazar günü Moldova xalqı seçki məntəqələrinə getdi və prezident Sandu-nun təhlükəsiz, firavan və demokratik ölkə vizyonuna səs verdi”,- bəyanatda qeyd olunub.

Baydenin sözlərinə görə, Moldova vətəndaşları referendumda ölkənin Avropa İttifaqına daxil olmaq istəklərini təsbit edən Konstitusiyaya düzəlişi dəstəklədikdən iki həftə sonra Sandunu yenidən seçiblər.

Seçilən
35
2
qafqazinfo.az

3Mənbələr