AZ

Qızı cüyür bilib güllələdi - DƏHŞƏT

Rusiyanın Sverdlovsk vilayətinin Krasnopolyanski kəndində bir ovçu gənc qızı cüyür bilib və güllələyib.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, hadisə gənc qız dostu ilə itini gəzdirərkən baş verib.

Güllə qızın qarnına dəyib. Zərərçəkmiş təcili olaraq şəhər klinik xəstəxanasına çatdırılsa da, reanimasiyada dünyasını dəyişib.

Bu dəhşətli hadisədə şübhəli bilinən 42 yaşlı yerli ovçudur. O, ifadəsində bildirib ki, axşam saatlarında kameranı yoxlayıb və cüyür siluetlər görünüb. Bu səbəbdən o, üç dəfə atəş açıb.

Hadisə ilə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma cinayət işi açılıb. İstintaq orqanları hesab edir ki, ovçu ov qaydalarını kobud şəkildə pozub, odlu silahla davranarkən təhlükəsizlik tədbirlərinə əməl etməyib və bu faciəvi vəziyyətə gətirib çıxarıb.

Seçilən
37
1
news24.az

2Mənbələr