İsrailə raket zərbələri endirilib
“Hizbullah” və İslami Müqavimət Təşkilatı İsrailin Fələstin və Livana hücumlarına cavab verib.
Reyting.az-ın məlumatına görə, “Hizbullah”ın verdiyi açıqlamada Livanın Marun ər-Ras şəhəri yaxınlığında İsrail qüvvələrinə qarşı raket hücumu təşkil edildiyi bildirilib.
İsrailin Safed şəhərinin ardıcıl raket hücumları ilə hədəfə alındığı da qeyd edilib.
İslami Müqavimət Təşkilatı tərəfindən verilən ayrıca açıqlamada Marun ər-Ras qəsəbəsinin cənub-qərb kənarında yerləşən İsrail əsgərlərinin raketlə vurulduğu vəİsrail ordusunun böyük itki verdiyi iddia edilib.
Qeyd edək ki, hücumlarla bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.
E.KAMAL