AZ

İqlim dəyişikliyi cəmiyyətin harmoniyasını ciddi şəkildə təhdid edir — Nazir

İqlim dəyişikliyi, münaqişələr və həssas icmalar arasındakı qarşılıqlı təsir həm planetimizin təhlükəsizliyini, həm də cəmiyyətin harmoniyasını ciddi şəkildə təhdid edir.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həssas icmaları qorumaq üçün birgə həll yolları müəyyən edilməlidir:

"Bu səbəbdən Azərbaycan, iqlim dəyişikliyinin təsirlərindən ən çox məruz qalan icmalarla dialoqu genişləndirmək məqsədilə “COP29 – İqlim və Sülh” Təşəbbüsünü irəli sürüb. Bundan əlavə, COP29 Sədrliyi tərəfindən irəli sürülən İqlim Fəaliyyəti naminə Su təşəbbüsü, iqlim dəyişikliyinin su hövzələrinə təsirlərini azaltmaq üçün inteqrasiya olunmuş yanaşmaların qəbulunu və milli iqlim siyasətində adaptasiya tədbirlərinin gücləndirilməsini hədəfləyir. Bu yanaşma xüsusilə həssas icmaların su təhlükəsizliyini təmin etmək və iqlim təsirlərinə uyğunlaşmalarına dəstək olmaqla iqlim dəyişikliyinə adaptasiya sahəsindəki digər təşəbbüslərlə sıx əlaqəlidir. Eyni zamanda enerji saxlanması və şəbəkələrinin genişləndirilməsi təşəbbüsü, 2030-cu ilə qədər qlobal enerji saxlama qabiliyyətini artıraraq dayanıqlı enerjiyə əlçatanlığı və davamlı inkişaf imkanlarını genişləndirməyə töhfə verəcək".

M.Babayev bildirib ki, Azərbaycanın öhdəliyi yalnız dialoqu təşviq etməklə məhdudlaşmır:

Seçilən
66
1
demokrat.az

1Mənbələr