AZ

Müharibədə bir ilk: Şimali Koreya və Ukrayna orduları cəbhədə üz-üzə gəldi

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsində bu gün yeni proses başlayıb. Şimali Koreyanın Moskva rəhbərliyinə dəstəyini cəbhəyə çatdıraraq bölgəyə göndərdiyi 10 minlik əsgər bu gün ilk dəfə qarşı-qarşıya gəlib. Bu addımla Şimali Koreya rəsmən müharibəyə qoşulub.

Turkustan.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerov Ukrayna və Şimali Koreya qoşunlarının ilk dəfə cəbhədə üz-üzə gəldiyini təsdiqləyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib: “Şimali Koreyanın hərbi hissələri Kurskda ilk dəfə atəşə tutulub”.

Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya 10 min əsgər göndərdiyi xəbəri gündəmdə qalarkən, Ukrayna hökumətindən mövzu ilə bağlı tənqidi açıqlama gəlib. Cənubi Koreyanın rəsmi mətbuatına açıqlama verən Ukrayna müdafiə naziri Rustem Umerov Ukrayna və Şimali Koreya əsgərlərinin ilk dəfə cəbhədə üz-üzə gəldiyini təsdiqləyib.

Umerov Ukrayna və Şimali Koreya əsgərlərinin "kiçik miqyaslı qarşıdurmada iştirak etdiyini" deyib və əlavə edib ki, "münaqişə bütün qüvvələrin səfərbər edildiyi sistemli şəkildə təşkil edilmiş münaqişə səviyyəsində deyil". Münaqişənin vaxtı və yeri ilə bağlı ətraflı məlumat verməyən Umerov hadisənin “Şimali Koreyanın müharibədə iştirakının başlanğıcı kimi qiymətləndirilə bilərmi” sualına “hə” cavabını verib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial şəbəkə platformasında verdiyi açıqlamada belə deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
61
5
turkustan.az

5Mənbələr