AZ

Ali Erbaş: Ekoloji sistemin təhdidi inkişaf etmiş ölkələr tərəfindən edilir

Qlobal miqyasda ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir.

APA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin açılış mərasimində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş deyib.

O qeyd edib ki, bioloji və kimyəvi silahların ətraf mühitə vurduğu ziyan pik həddə çatıb: “Bu ciddi siqnaldır. Qırğınlar məngənəsindəki günahsızların fəryadının göyləri titrətdiyi çirkli bir dövrün şahidi oluruq. Tarixi abidələr, təbiət məhv edilir. Biz birlik içində hərəkət etməliyik. İnsanları varlıq məqsədindən uzaqlaşdıran, ətraf mühitdən asılı vəziyyətə salan həyata baxış dünyanı fəlakətlərə sürükləyir. Qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir. Bugünkü güc və hökmranlıq anlayışı təbii tarazlığı proqnozlaşdırır. Bunu aydın şəkildə demək lazımdır. Bütün bunlar inkişaf etmiş ölkələr tərəfindən edilib və edilir. Bu prosesdə ekoloji fəlakətlər, qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, təbii sərvətlərin məhv edilməsi, havanın, suyun və torpağın dəhşətli dərəcədə çirklənməsi diqqətdən kənarda qalıb. Bunu aydın şəkildə demək lazımdır. Bütün bunlar inkişaf etmiş ölkələr tərəfindən edilib və edilir”.
Seçilən
15
5
sherg.az

7Mənbələr