Cari ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 71,29 ton təzə üzüm gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul idxalına 74,8 min ABŞ dolları vəsait xərclənib. İdxal olunan üzümün bir kiloqramının orta gömrük qiyməti 1,05 dollar (1,78 manat) olub. Əsas üzüm gətirilən ölkə Peru olub. Belə ki, Perudan bu dövrdə 15,31 ton miqdarında üzüm gətirilib.
Azərbaycanın üzüm aldığı ölkələrin siyahısı, miqdarı və məbləği ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Üzüm alınan ölkələr | Miqdar | Məbləğ min ABŞ dolları |
Cənubi Afrika Respublikası | 14,71 | 17,07 |
Çili | 21,9 | 21,9 |
Çin | 0,04 | 0,36 |
Hindistan | 14,16 | 14,47 |
Misir | 0,6 | 0,6 |
Namibiya | 0,62 | 0,62 |
Peru | 15,31 | 15,38 |
Türkiyə | 3,95 | 4,42 |
Cari ilin 8 ayında isə Azərbaycandan xaricə 1 875,79 ton miqdarında, 1 milyon 612,91 min ABŞ dolları dəyərində üzüm satılıb. Satılan üzümün bir kiloqramının orta gömrük qiyməti 0,86 dollar (1,46 manat) olub. Ən çox üzüm 1 679,52 ton miqdarı ilə Rusiyaya satılıb.
Azərbaycanın üzüm satdığı ölkələrin siyahısı, miqdarı və məbləği ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Üzüm satılan ölkələr | Miqdar | Məbləğ min ABŞ dolları |
Belarus | 56 | 47,68 |
Qazaxıstan | 7,5 | 5,62 |
Rusiya | 1679,52 | 1468,8 |
Birləşmiş Ərəb Əmirlikləri | 20,09 | 26,12 |
Qətər | 6,93 | 6,52 |
Türkiyə | 105,75 | 58,16 |
Əvəz Həsənov