AZ

Azərbaycanda 360 milyonluq maşın satıldı

2018-ci ildən bu il oktyabrın 1-nə Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb.

Avtosfer.az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Təkcə bu ilin yanvar-sentyabr aylarında isə Hacıqabul Sənaye Parkından 53,86 milyon manatlıq 1 901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsindən isə 25,9 milyon manatlıq 1 072 ədəd avtomobil realizə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil satışı təqribən 60 % artıb.

Sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

(cebhe.info)

Seçilən
24
7
avtosfer.az

10Mənbələr