İspaniyadakı daşqınlar zamanı “Barselona” komandasının futbolçusu Robert Levandovskinin yaşadığı evə ziyan dəyib.
Oxu24.com xəbər verir ki, bu barədə polşalı hücumçunun həyat yoldaşı sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, yolları su basdığı üçün 37 yaşlı forvard komandanın məşqinə getməkdə çətinlik çəkib.