Azərbaycanın Avropaya qaz ixracatında yeni artımlar qeydə alınıb. 2024-cü ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8,6 faiz artaraq 9,4 milyard kubmetrə çatıb.
Publika.az xəbər verir ki, bununla bağlı millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, bu müddətdə Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb:
“Həmin dövdə Azərbaycanda 37,1 milyard kubmetr qaz hasil edilib. Bu əvvəlki ilin uyğun dövrünə nisbətən 2,7 faiz artım deməkdir. Qazın 9,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,5 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib.