AZ

AFFA-nın Azərbaycan kubokunun oyunlarındakı hadisələrlə bağlı verdiyi cəzalar

style='margin-bottom:10px;'>

AFFA-nın İntizam Komitəsi Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin matçlarındakı qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir”in 6 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Karvan” oyunu FHN avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan”  100 manat cərimə edilib.

Eyni oyun bitdikdən sonra “Karvan”ın 4 nömrəli futbolçusu Kənan Quliyev stadionun infrastrukturuna zərər yetirdiyinə görə 1 oyun cəzalanıb, “Karvan” klubu 100 manat cərimə edilib. Stadionun infrastrukturuna vurulmuş zərərin “Karvan” tərəfindən ödənilməsinə qərar verilib.

“Şəfa” – “Difai” oyununda “Şəfa”nın 7 nəfər sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

Sözügedən oyunun 105-ci dəqiqəsində “Şəfa”nın 7 nömrəli futbolçusu Elvin Nəsibov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

Bu görüş bitdikdən sonra “Şəfa”nın 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimələnib.

Həmin qarşılaşmada “Difai”nin 6 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

Adıçəkilən oyun bitdikdən sonra “Difai”nin 73 nömrəli futbolçusu Bəşir Ayralov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Difai” 200 manat cərimə edilib.

Seçilən
64
1
teleqraf.com

10Mənbələr