AZ

“Qarabağ” azarkeşləri oturacaqları sındırdı, klub cəzalandırıldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində qonaqların futbolçusu Turan Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub isə 500 manat cərimə edilib. Həmin görüşün 30-cu dəqiqəsində ev sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “ağ-qaralar” əlavə 800 manat ziyana düşüb.

“Turan Tovuz” – “Qarabağ” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün 800 manat cərimələnib. “Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə stadiona dəymiş zərər Ağdam təmsilçisi tərəfindən ödəniləcək.

“Kəpəz” – “Səbail” görüşündə bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.

Seçilən
65
5
modern.az

10Mənbələr