AZ

Rusiyada bir gündə 3-cü qubernator istefa verdi

Komi Respublikasının rəhbəri Vladimir Uyba istefa verdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Uybanın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ona federal səviyyədə “yeni iş" həvalə edib.

"Mənim üçün bu, yeni bir çağırış və böyük məsuliyyətdir" deyə o, qeyd edib.

Xatırladaq ki, Uyba 2020-ci ildən respublikaya rəhbərlik edir. Bundan əvvəl o, səhiyyə nazirinin müavini olub, eyni zamanda 15 il Federal Tibbi və Bioloji Agentliyinə rəhbərlik edib.

Uyba 24 saat ərzində vəzifəsindən istefa verən üçüncü qubernator olub. Bir gün əvvəl Rostov və Tambov vilayətlərinin rəhbərlərinin dəyişdirilməsi ilə bağlı xəbər yayılıb. 67 yaşlı Vasili Qolubev və 47 yaşlı Maksim Yeqorov istefa verdiklərini elan edərək, bu qərarını başqa işə keçməsi ilə izah ediblər.

Bizim.Media

Seçilən
13
2
bizim.media

7Mənbələr