Qırğızıstan və Türkiyə prezidentləri Birgə Bəyanat imzalayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qırğızıstan və Türkiyə prezidentləri Türkiyə-Qırğızıstan münasibətlərinin hərtərəfli strateji əməkdaşlıq səviyyəsinə çatdırılması haqqında Birgə Bəyanat imzalayıblar.
Bundan əlavə, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanıb.
Xuraman Etibarlı
İnterpress.az