AZ

Putin Ukraynada münaqişənin kəskinləşməsinin səbəbini açıqladı

Qərb və Ukraynanın Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdləri illüziyadır.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Ukraynaya gəlincə... Bir sıra Qərb dövlətlərinin Ukrayna münaqişəsini gərginləşdirmək və uzatmaq üçün tutduğu mahiyyətcə düşmənçilik kursu, ölkəmizi strateji məğlubiyyətə uğratmaq niyyəti dərindən yanlışdır”, - deyə o, digər dövlətlərin səfirlərinin etimadnaməsini təqdim edərkən vurğulayıb.

Kreml rəhbəri onu da qeyd edib ki, Rusiyanı məğlubiyyətə uğratmaq üçün illüziyalı hesablamalar yalnız ölkənin tarixini, onun birliyini və möhkəmliyini nəzərə almaq istəməyənlər tərəfindən yayıla bilər.

Vladimir Putin qarşı tərəflə danışıqlara da münasibət bildirib və deyib ki, Moskva onlara nəinki hazırdır, həm də münaqişənin başlanğıcında dialoq aparıb.

Seçilən
48
publika.az

1Mənbələr