Beləliklə, yayda klubla müqaviləsinin müddətini bir il uzadan çalışdırıcısı 12 turdan sonra “gəmini tərk etdi”. Səbəblərdən xəbərdarsız. Bayıl təmsilçisi 7 xalla 9-cu pillədə qərarlaşıb və hadisələrin axarı komandanın premyer-liqanı tərk etməsiylə nəticələnə bilər.
Bəs Şahin bəyin planları hansı yöndədi?
Diniyevin “Football-plus.az”a açıqlaması:
“Hər şey yaxşıdı. İnanıram ki, daha yaxşı olacaq. Təbii ki, fəaliyyətimə məşqçi kimi davam etmək fikrindəyəm. Bir qədər istirahət etməliyəm. Başqa məsələlər haqda danışmaq istəmirəm”.
KƏNAN BAHADIR