AZ

Rəsmi: ''Beşiktaş'' ''Makkabi''ni neytral meydanda qəbul edəcək!

''Beşiktaş''ın Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində Tel-Əviv ''Makkabi''sinə qarşı keçirəcəyi ev oyunu ilə bağlı yeni xəbər var.

Normal şərtlərdə görüş noyabrın 28-də İstanbulda baş tutmalı idi. Amma oyunun başqa ölkəyə salına biləcəyi ilə bağlı dolaşan proqnozlar doğrulub. Dünən klubdan verilən rəsmi açıqlamada matçın neytral meydanda oynanılacağı vurğulandı. Qeyd etmək yerinə düşər ki, bu qərarı heç də UEFA qəbul etməyib. Əksinə UEFA matçın İstanbulda keçirilməsində heç bir problem görməyib. Amma Türkiyənin təhlükəsizlik orqanları təxribat ehtimalını nəzərə alaraq oyunun neytral meydanda keçirilməsinə qərar veriblər! İsrail Fələstində minlərlə günahsız insanı məhv etdiyinə görə Türkiyə ilə İsrail arasında uzun müddətdi, gərginlik müşahidə olunur. Ötən mövsüm də basketbol turnirlərində bu iki ölkənin klubları neytral meydanlarda qarşılaşmışdılar.

Ona görə də futbol matçının aqibəti ilə bağlı da bu cür qərar veriləcəyini gözləmək olardı. Matçın oynanılacağı ölkə və stadionun adı həftəsonuna qədər bəlli olacaq. Türkiyə mənbələrinin versiyasına görə oyun Macarıstanda keçiriləcək. Qeyd edək ki, ötən ay basketbolda Avrokubokda ''Beşiktaş''ın ''Hapoel Şlomo''ya qarşı ev oyunundan öncə də buna bənzər qərar verilmişdi. Oyun əvvəlcə Belqrada salınmış, sonra ''Beşiktaş''ın təhlükəsizliyə zəmanət verməsi ilə yenidən İstanbula verilmiş, amma sonda yenə də Belqradda oynanılmışdı.

ƏLİ

Seçilən
44
27
football-plus.az

10Mənbələr