AZ

Vüqar Musayev işdən çıxarıldı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə məxsus "Şəki Sukanal" ASC-nin direktoru Vüqar Musayev vəzifəsindən azad edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Elmir Əkbərova həvalə olunub.

O, indiyə qədər şirkətin baş mühəndisi olub.

Xatırladaq ki, "Şəki Sukanal" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,913 milyon manatdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
33
10
milli.az

10Mənbələr