AZ

Türkiyə millisinin üzvü Portuqaliyada son iki ayın ən yaxşı futbolçusu seçilib

Türkiyə millisinin və "Benfika"nın üzvü Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.

"Report" xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 5 matçda 5 qol vurub və 2 assist edib.

Bununla da o, son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, cari mövsümün əvvəli "Qalatasaray"ı "Benfika"ya dəyişən K.Aktürkoğlu Çempionlar Liqasında da 3 dəfə rəqib komandaların qapılarına yol tapmağı bacarıb

Seçilən
29
3
azpolitika.info

4Mənbələr