AZ

Aktürkoğlu Portuqaliyada son iki ayın ən yaxşısı seçildi

Türkiyə millisinin və "Benfika"nın üzvü Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.

Teleqraf.com xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 5 matçda 5 qol vurub və 2 assist edib.

Bununla da o, son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, cari mövsümün əvvəli "Qalatasaray"ı "Benfika"ya dəyişən K.Aktürkoğlu Çempionlar Liqasında da 3 dəfə rəqib komandaların qapılarına yol tapmağı bacarıb.


Müəllif: Teleqraf.com
Seçilən
34
3
teleqraf.com

4Mənbələr