AZ

Qəzalı vəziyyətdə olan məktəblə bağlı rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə Sabirabad rayonu Axtaçı kənd ümumi orta məktəbinin qəzalı vəziyyətdə olması barədə xəbərlər yayılıb.

 

Modern.az məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, İdarənin əməkdaşları qəzalı vəziyyətdə olduğu bildirilən məktəbə baxış keçiriblər. Məlumata görə, sözügedən təhsil müəssisəsinin təmiri üçün aidiyyəti üzrə müraciət edilib: “Məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir. İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması əsas prioritetlərimizdir”.

 

Məlumatda qeyd edilib ki, son iki il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 məktəb əsaslı təmir edilib, 53 məktəbdə cari təmir işləri aparılıb.  Bununla yanaşı,  8 yeni məktəb tikilərək istifadəyə verilib, 2 təhsil müəssisəsində isə tikinti işləri davam edir. 

Seçilən
65
modern.az

1Mənbələr