“Real Madrid”in əfsanəvi futbolçusu Raul Ermənistan millisinə rəhbərlik edə bilər.
Bu barədə Ermənistan Futbol Federasiyasının vitse-prezidenti Armen Nikoqosyan məlumat verib.
Onun sözlərinə görə, 47 yaşlı mütəxəssis baş məşqçisi postuna namizəddir.
Qeyd edək ki, Ermənistan millisində ötən ay baş məşqçi Aleksandr Petrakovla yollar ayrılıb.
Raul isə hazırda “Real”ın əvəzedici komandası “Kastilya”ya rəhbərlik edir.
Qafqazinfo.az