AZ

Qırğızıstan XİN rəhbəri: "TDT Dövlət Başçılarının görüşündə yaşıl iqtisadiyyat müzakirə olunacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə yaşıl iqtisadiyyat müzakirə olunacaq".
"Report"un Bişkekdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, görüşün yekunlarına əsasən, TDT iştirakçısı olan ölkələrin əlaqələrinin vəziyyəti və gələcək əməkdaşlığını göstərən bəyannamə qəbul ediləcək:
"Gündəliyin əsas məsələsi hazırda bütün TDT ölkələrinin maraqlı olduğu yaşıl iqtisadiyyatdır. Bu gün biz "Yaşıl Baxış" (Green Vision - red) təşəbbüsünü təsvir edəcək bir sənəd qəbul edəcəyik. Sənəd əməkdaşlığımız çərçivəsində müxtəlif proqramların inkişafını davam etdirəcək bir konsepsiyanı təmsil edəcək".
Seçilən
23
50
oxu.az

10Mənbələr