AZ

ABŞ-ın yeni prezidenti bəlli oldu: Bukmekerlər açıqladı

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın şansı çərşənbə günü səhər saat 7:35-ə olan məlumata görə 94%-i keçib.

Publika.az xəbər verir ki, bunu “Polymarket” onlayn platformasının məlumatları sübut edir.

Bir neçə saat əvvəl həmin portal Trampın qalib gəlmək şansını 70%-dən bir qədər çox qiymətləndirmişdi.

Seçkilərdə Trampın rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harrisin şansı 5,1% qiymətləndirilir.

Bundan əvvəl “The New York Times” ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkilərdə qalib gələcəyini 79% ehtimalla proqnozlaşdırmışdı.

Seçilən
46
publika.az

1Mənbələr