AZ

Boris Conson studiyadan qovuldu

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson öz kitabını canlı yayımda təbliğ etdiyinə görə Amerikanın “Channel 4” telekanalındakı proqramdan  kənarlaşdırılıb.

KONKRET.az  “The Guardian”a istinadən xəbər verir ki, Conson xatirələr kitabını gizli şəkildə “Amerika qərar verir: ABŞ-də prezident seçkiləri” proqramına gətirib. Canlı yayımda keçmiş baş nazir iki dəfə kitabını  göstərməyə çalışıb. Verilişin aparıcısı Krişnan Quru-Mörti memuarın reklamının dayandırılmasını və kitabın yığışdırılmasını tələb edib.

Bundan sonra keçmiş baş nazir proqramdan uzaqlaşdırılıb. Xatırladaq ki,

Consonun kitabı “Unleashed” adlanır. Böyük Britaniyanın keçmiş baş naziri öz xatirələrində , xüsusən də Ukrayna üzrə danışıqları pozmaqda ona qarşı irəli sürülən ittihamlara cavab verib .

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
33
13
konkret.az

10Mənbələr