Türkiyənin “Beşiktaş” klubunun Avropa Liqasının 5-ci turunda İsrail “Makkabi”si (Təl-Əviv) ilə oyunu Bakıda keçirilə billər.
UEFA tərəfindən AFFA-ya bununla bağlı müraciətin olub-olmadığını öyrənmək üçün federasiyasının mətbuat xidməti ilə əlaqə saxladıq.
Federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli "Operativ Media"ya açıqlamasında belə bir müraciətin olmadığını bildirib
"AFFA-ya bununla bağlı hər hansı bir müraciət daxil olmayıb".
Qeyd edək ki, "Beşiktaş" - "Makkabi" matçı təhlükəsizlik baxımından neytral meydanda keçiriləcək.