AZ

Nazir müavini: COP29-da Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri təqdim olunacaq

"COP29 çərçivəsində Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri 14 noyabr tarixində təqdim olunacaq".

APA-nın məlumatına görə, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Azərbaycanın dayanıqlı inkişafı naminə: ESG üzrə vahid platformanın və milli standart"ın təqdimatı zamanı söyləyib.

O əlavə edib ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası Azərbaycanın qlobal iqlim fəaliyyətindəki hədəflərini daha da gücləndirir:

"Banklar və digər maliyyə təşkilatı öz korporativ sosial məsuliyyət fəaliyyətini yerinə yetirməklə ekoloji layihələrə kredit ayırdıqları zaman ekologiyanın qorunmasının vacibliyini nəzərə almalıdır. Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası Azərbaycanın qlobal iqlim fəaliyyətindəki hədəflərini daha da gücləndirir. Azərbaycan "Yaşıl iqtisadiyyat"a keçidin dəstəklənməsi məsələsində öz liderliyini davam etdirəcək. COP29 Sədrliyinin təqdim etdiyi "Bakı Təşəbbüsü" dialoq və təcrübə platforması olaraq nəzərdə tutulub. COP29 çərçivəsində Azərbaycanın "yaşıl iqtisadiyyat" sahəsindəki təşəbbüsləri 14 noyabr tarixində təqdim olunacaq. Bu təşəbbüslərin qlobal səviyyədə "yaşıl iqtisadiyyat"a mühüm töhfələr verəcək".

Seçilən
27
2
apa.az

3Mənbələr