1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Afrika Tərəfdaşlığı sammiti üçün getdiyi Cibutidən qayıdarkən ölkənin xarici siyasətindəki aktual məsələlərlə bağlı qiymətləndirmələr aparıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Hakan Fidan həmçinin ABŞ ilə "F-16" qırıcılarının alınması ilə bağlı danışıqları və Almaniyanın əldə edilməsinə maneəni aradan qaldırdığı Avropa istehsalı "Eurofighter" döyüş təyyarəsinin alqı-satqısına dair son vəziyyətlə bağlı da açıqlamalar verib.
"F-16" məsələsi ilə bağlı siyasi problem aradan qaldırıldı, lazımi icazələr alındı, Konqres prosesi reallaşdırıldı. Nəticə olaraq, Türkiyənin son satınalma tələbindən bu yana 4 il keçib, şərtlərin yenilənməsi lazımdır. Texniki xüsusiyyətlər, qiymət, çatdırılma müddəti kimi... Milli Müdafiə Nazirliyimiz hazırda bu məsələlər üzərində işləyir. Hər hansı bir maneə yoxdur. "Eurofighter" döyüş təyyarələri ilə bağlı da irəliləyiş əldə edildi. Texniki danışıqların başlanmasını belə şərh etmək lazımdır", - deyə Hakan Fidan qeyd edib.