Xatırladaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri daim yüksək olub. Azərbaycan tərəfi hər zaman bu əməkdaşlığa üstünlük verib və onun inkişafına kifayət qədər töhfələr verib. Konkret olaraq Azərbaycan bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələrinə üstünlük verib. Azərbaycanın Avropa İttifaqə ilə enerji sahəsində imzalanan Anlaşma Memorandumunu göstərmək olar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanıb.
Son illər dünyada baş verən siyasi proseslər deməyə əsas verir ki, siyasi liderlər öz şəxsi maraqlarını önə çəkərək dövlətlərin, yaxud beynəlxalq təşkilatların ənənəvi strategiyasının üzərindən qara xətt çəkmiş olurlar. Elə Ursula Fon der Lyayenin Avropa Komissiyasına sədrliyi dövründə atdığı addımlar dediklərimizin bariz nümunəsidir. Etiraf edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daim bərabər hüquqlu və ikitərəfli yanaşmalar səviyyəsində olub. Quruma rəhbərlik edən liderlərin şəxsi ambissiyası səbəbindən bu münasibətlərdə soyuma müşahidə olunub. Deməli, problem beynəlxalq təşkilatlar və dövlətlərdə yox, onlara rəhbərlik edən şəxslərin milli, siyasi məncubiyyətindədir.
Məlumat üçün qeyd edək ki, Ursula fon der Leyen Belçikanın Brüssel şəhərində alman ailədə doğulub. O, ikidilli olaraq alman və fransız dillərində böyüyüb və atası Almaniya siyasətinə qoşulduqda 1971-ci ildə Almaniyaya köçüb. Ursula fon der Leyen 2019-cu ildən Avropa Komissiyasının 13-cü prezidenti vəzifəsində çalışan alman həkim və siyasətçi. O, 2005-2019-cu illər arasında Almaniya federal hökumətində çalışıb, Angela Merkelin kabinetində ardıcıl vəzifələr tutub, axırıncı dəfə federal müdafiə naziri olub. Von der Leyen mərkəz-sağ Xristian Demokrat İttifaqının (XDİ) və onun Aİ-yə bağlı qrupu olan Avropa Xalq Partiyasının (EPP) üzvüdür. Əslində Avropa Komissiyası sədrinin avtobioqrafiyası hər şeyi deyir. Alman və Fransız qatışığından törənmiş bir siyasətçi heç vaxt Azərbaycanın maraqlarını müdafiə edə bilməz.
Ursula fon der Layen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir. Onun missiyası rəhbərlik etdiyi təşkilatın adından istifadə edərək münaqişə ocaqlarını qızışdırmaqla şəxsi maraqlarını təmin etməkdir. Təsəvvür edin ki, bütün dünya liderləri bəşəriyyəti ağuşuna almış iqlim dəyişkənliyinə qarşı mübarizə yolu axtarmaq üçün Azərbaycana gəlir, Avropa Komissiyasının sədri isə bu mübarizəyə töhfə verməkdən yayınır. Ancaq bu qərarı təkcə Avropa İttifaqının məsuliyyətdən yayınması kimi qiymətləndirmək olmaz. Bu addım həm də məsul beynəlxalq bir təşkilatın bəşəriyyətin üzləşdiyi qlobal problemə biganə yanaşmasıdır. Verilən qərar təkcə Avropa İttifaqının üz qarası deyil, eləcə də quruma üzv dövlətlərin nüfuzu və təmsilçiliyinə gətirdiyi xələldir. Çünki Aİ COP29 sammitində iştirak etməyərək beynəlxalq ictimaiyyətlə yanaşı, üzv dövlətlərə qarşı da etinasızlıq nümayiş etdirir.
Alim Hüseynli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31