Cənubi Koreya Müdafiə və Ətraf Mühit Nazirliyi də daxil olmaqla bir çox nazirlik saytlarının kiberhücuma məruz qaldığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, nazirlik rəsmisi noyabrın 5-i, saat 17:30 radələrində Müdafiə Nazirliyinin rəsmi saytına kiberhücum təşkil olunduğunu bildirib.
Səlahiyyətlilər hücumun arxasında kimin ola biləcəyini araşdırır.