AZ

Trampın möhtəşəm qələbəsi və Əliyevin dahiyanə siyasi uzaqgörənliyi...

Dünyanın diqqətlə izlədiyi ABŞ prezident seçkiləri sona çatdı. Son məlumata görə, Donald Tramp prezidentlik üçün tələb olunan 270 Seçicilər Kollegiyası səslərindən 266-sını toplayıb və ümumi seçici səslərinin 52 faizinə yaxınını əldə edib. 
 
Bir az öncə Tramp qələbəsini elan etdi. Həqiqətən, bu, Tramp adına möhtəşəm qələbə və ABŞ tarixində ilk dəfə  Ağ evə baş tutatn əzəmətli geri dönüş oldu.
Trampın qələbəsi ABŞ və dünya siyasətində ciddi dəyişikliklərə səbəb olacağı şübhə doğurmur. 
 
Tramp seçki kampaniyası dövründə bəyan etmişdi ki,  Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələrini həll etmək və beynəlxalq gərginliyi azaltmaq üçün real addımlar atacaq və qısa müddətdə nəticəyə nail olacaq.
 
Eyni zamanda, ABŞ-a idxal olunan bütün mallara, o cümlədən Avropa İttifaqından gələn mallara 10-20 faiz,  Çin məhsullarına isə 60 faiz gömrük tarifi tətbiq edəcək və NATO-ya maliyyə ödənişlərinin daha ədalətli bölünməsinə çalışacaq, üzv ölkələrdən daha çox maliyyə tələb edəcək. 
 
Ümid edək ki, Tramp yeni prezidentliyi dönəmində Paris İqlim Sazişindən çıxmaq kimi əvvəlki təhlükəli addımları təkrarlamayacaq. 
 
Trampın seçilməsi dünyayının hər yerində olduğu kimi Azərbaycana və Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Düşünürəm ki, Trampın seçilməsi ilə ABŞ-la Azərbaycan arasında hazırda yaşanan gərginlik aradan qalxacaq, münasibətlər 4 il əvvəlki səviyyəyə yüksələcək, Azərbaycana yönəlik daha balanslı və qarşlıqlıqlı maraqlara söykənən siyasətin şahidi olacağıq. Ən azı, artıq demokratların, xüsusilə Bayden- Blinken cütlüyünün siyasi oyunbazlığı, Azərbaycana qarşı təzyiq siyasəti arxada qaldı.
 
Bu məqamda,  Prezident İlham Əliyevin bu ilin iyul  ayında Şuşada keçirilən 2-ci Qlobal  Media Forumunun açılışında Yuli Qusmanın ABŞ-dakı prezident seçkilərində kimi dəstəkləyirisiniz sualına verdiyi dahiyanə və cəsraətli cavabı xatırlamaq tam yerinə düşərdi: “Prezident Trampın dövründə dünyada müharibə olmadı. Prezident Trampın prezidentliyi dövründə Azərbaycanla çox səmərəli əməkdaşlıq əlaqələri olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Lakin hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq”. 
 
President Əliyev bu qiymətləndirilməsi ilə kimi, yəni Trampı açıq şəkildə dəstəklədiyini və onun təkrar seçilməsini istədiyini bildirmişdi.  Cənab Presidentin  verdiyi bu bəyanat elə vaxta təsadüf edirdi ki, demokratların namizədi Kamala Harris sorğu anketlərində  Trampı üstələmiş, seçki fonduna 2 dəfədən çox vəsait toplamışdı. Demək olar ki, Harrsini qələbəsinə çoxları real baxırdı. Hətta, bir çox analitiklər Prezident Əliyevin Trampa açıq dəstək ifadə etməsini onun seçilməyəcəyi təqdirdə  Azərbaycan üçün ciddi problemlərə səbəb olacağını düşünürdülər.
 
Lakin Prezident İlham Əliyev Tramın bugüngü qələbəsini hələ 3 ay əvvəl  dahiyanə müdrüklük və  siyasi uzaqgörənliklə hesablaya bilmişdi, Trampa dəstək verməklə hadisələri nə qədər dəqiq və  düzgün qiymətləndirmək və oxumaq bacarığını bir daha nümayiş etdirmişdi.
 
Hazırda Trampın qələbəsindən ən çox məyus olanlar sırasında ermənilər birinci yerdə durur. Ermənilərin çoxluq təşkil etdiyi Kaliforniyada Trampın və Respublikaçıların uduzması bir daha onu göstərir ki, ermənilər əllərindən gələn hər şeyi etdilər ki, Tramp seçilməsin.
 
İndi söz Tramp və onun formalaşdıracağı yeni Administrasiyadadı. Cənubi Qafqazda daimi sülhün bərqərar olması,  Qərbin oyunlarına son qoyulması, Paşinyanın yalançı sülh bəyanatlarından imtina edib real addımlar atması üçün Ağ evin mənsubları ciddi işlər görməli və demokratların bütün yanlışlıqlarını düzəltməlidirlər.
 
Ümid edirik ki, Trampın dövründə dünyada  təhlükəsizlik  sahəsində yaşanan böhrana son qoyulacaq və ABŞ- Azərbaycan münasibətləri real, praqmatik və qarşılıqlı maraqlar üzərində yenidən inşa ediləcək.
 
Azay Quliyev, millət vəkili
Seçilən
30
34
moderator.az

10Mənbələr