AZ

Terrorçu Zurabişvilini üzr istəməyə çağırdı: "O,Cavax ermənilərini cəzalandırmağa çalışır"

Xəbər verdiyimiz kimi 2 gün əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili şəxsi Feysbuk səhifəsində turizm şirkətinin nəşrində Ermənistanın Lori bölgəsinə turlar təşkil edən şirkətin açıqlamasını paylaşdı. Beləki, şirkət noyabrın 10-da turistləri “Gürcüstanın tarixi regionu Lori”yə dəvət edir və turistləri “mistik Böyük Gürcüstanı xatırlamağa və ona hörmət etməyə” çağırır:“Daha kədərli, lakin mütləq ziyarət edilməlidir... Tarixi Gürcüstan. Təəssüf ki, Loridə qalan unikal mədəniyyət. Gəlin əbədi, əsrarəngiz və böyük Gürcüstanı xatırlayaq və vəsf edək”.
Nəşrdə Axtala, Haqpat, Sənahin, Odzun monastırları təqdim olunur.


Əlbəttə ki, belə bir paylaşımın tam da dövlət başçısı tərəfindən təkrar paylaşıması erməniləri hədsiz dərəcə də qəzəbləndirdi.

Adalet.az xəbər verir ki, Gürcüstan prezidentinin paylaşımı daha çox Gürcüstan vətəndaşı olan Vaaqn Çaxalyanı qəzəbləndirib. Vaaqn Çaxalyan “Hraparak” a müsahibəsində belə bəyanatların çox təhlükəli və təxribat xarakterli olduğunu bildirib . Onun sözlərinə görə, heç bir gürcü lider belə əsassız və eyni zamanda təhlükəli postla çıxış edə bilməzdi. “Əvvəllər ağıllı qadın təsiri bağışlayırdı, indi yəqin ki, ya qocalıb, ya da...
Ermənistan hakimiyyəti elə zəif vəziyyətə düşüb ki, hər kəs istədiyini elan edə bilər. Salome Fransa vətəndaşıdır, Nikol Paşinyan öz sevimli Fransasından soruşmalıdır ki, vətəndaşı Gürcüstanda nə edir, qardaş xalqlar arasında necə münaqişə yaradır. Fransa bu xanımı cilovlamalıdır. İki xristian xalqı arasında paz çalmaq çox yanlışdır, əgər bunu erməni edirsə, deməli sözügedən fiqur antiermənidir, gürcü bunu edirsə, o, sadəcə olaraq gürcü maraqlarına əhəmiyyət vermir. Heç bir gürcüpərəst fiqur belə açıqlama verməz, mümkün deyil. Ən azı bu baxımdan adekvat olan və belə bəyanatlar verməyən Ermənistanın hakimiyyət orqanlarına izzət və şərəfindən dərs almalıdır. Yeri gəlmişkən, Saakaşvili də belə bir bəyanatla çıxış edib, bu, birinci hal deyil. Onlar təxribat törətməyə çalışırlar. Salome Zurabişvili ermənilərdən olan “Abijnik”dir.

Ermənilər ona seçkilərdə çətinliklə səs verdikləri üçün indi Gürcüstan ermənilərini, Cavax ermənilərini cəzalandırmağa çalışır. Həmin qadın seçkilərdən sonra ermənilərə nifrət hissi keçirib və buna bənzər addımlarla münaqişə yaratmağa çalışır. Zurabişvilinin bu paylaşımının ermənilərin qəzəbinə səbəb olacağı aydındır. O, ermənilərdən üzr istəməlidir. O, həmin postu öz səhifəsindən belə silmir. Salome Zurabişvili belə bəyanatlar verməkdə çətinlik çəkir, qoy o, Fransaya getsin, başqa iş tapsın”, - Çaxalyan bildirib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrı idi. Ermənistan baş naziri Nikol Gürcüstanda ermənilərin keçirdiyi aksiyadan foto paylaşır və fotonun üzərində "Cavaxeti" əvəzinə "Cavax" (Javakhk) qeyd edir.Bu isə həmin bölgədə yaşayan ermənilərin həmin ərazini adlandırığı isimdir. Onlar həmin əraziyə "Cavax" deyir və bu ərazini Ermənistan ərazisi hesab edirlər. Paşinyanın sosial şəbəkədəki bu paylaşımı sosial şəbəkələrdəki Gürcüstan vətəndaşları tərəfində ciddi narazılığa səbəb olub. Onlar Paşinyanı Azərbaycana olduğu kimi, Gürcüstana qarşı ərazi iddialarında günahlandırıb.

P.S. Deməsəm olmaz, Gürcüstan prezidentindən ermənilərdən üzr istəməyi tələb edən Vaaqn Çaxalyanı sizə xatırladım ki, onun nə qədər ikiüzlü, separatçı və səviyyəsiz olduğunu bilin.
Erməni separatçı hərəkatının rəhbərlərindən olan, 2020-ci ildə Qarabağda döyüşmüş Vaaqn Çaxalyan Qarabağda törətdiyi cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Vaaqn Çaxalyan 2019-cu ilin sonunda Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib, bu səbəbdən 2020-ci ilin əvvəllərində Gürcüstan həmin şəxsin vətəndaşlığına xitam verib.
Əntiqə Rəşid

Seçilən
31
adalet.az

1Mənbələr