AZ

Putin Trampı təbrik etməyəcək – Münasibətləri çox pisdir

Vladimir Putinin Trampı ABŞ seçkilərindəki qələbəsi münasibətilə təbrik etmək fikri yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

 Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər tarixin ən aşağı nöqtəsindədir, onların gələcək taleyi ABŞ rəhbərliyindən asılıdır.

Mən prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərsizəm. Unutmayaq ki, söhbət həm birbaşa, həm də dolayısı ilə dövlətimizə qarşı müharibədə iştirak edən dost olmayan ölkədən gedir”, - o qeyd edib.

Peskovun sözlərinə görə, Kreml Trampın Rusiya ilə bağlı ilk bəyanatı və konkret addımları əsasında nəticə çıxaracaq. 

“Rusiya prezidenti Vladimir Putin ABŞ-la təmaslara və dialoqa açıqdır. Onun təmaslara və dialoqa açıqlığını xatırlatmaq lazım deyil, bu, dünyada yaxşı məlumdur. Hələlik Vaşinqtonla münasibətin dəyişib-dəyişməyəcəyi 2025-ci ilin yanvarında, ABŞ-ın yeni prezidenti vəzifəyə başladıqdan sonra bəlli olacaq. Hazırda ABŞ administrasiyası diametral şəkildə əks mövqe nümayiş etdirir. Yanvarda nə olacağını görəcəyik”, -Peskov bildirib.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
37
50
musavat.com

10Mənbələr