AZ

Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi

Bakı. Trend:

Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşınıölkəsinə təhvil verib.

Trend xəbər verir ki, bubarədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Tacikistan Respublikasının Baş Prokurorluğu iləcinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davametdirilir.

Tacikistan Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlüCəlilov Bobocon Abduraximoviçin cinayət məsuliyyətinə cəlb edilməsiüçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətiAzərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təminedilib.

Tacikistanda dələduzluq əməllərinin törədilməsindətəqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş Cəlilov BoboconAbduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərəksaxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasəntəqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbuledilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusikonvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətliorqanına təhvil verilib.

Seçilən
23
17
az.trend.az

10Mənbələr